+99450 378-97-20
HAQQIMIZDAPASİYENTLƏR ÜÇÜNXİDMƏTLƏRÜNVANQALEREYAƏLAQƏ
Vinirlər
KosmetikİmplantlarDiş sağlamlığıPediatrikVinirlərBilirsinizmi?

Vinirlər

Qapaqlar və ya keramik vinirlər əsasən nazik keramik olanlar daha sürətli prosedurla dişlərin görünən ön səthinə yerləşdirilərək sizin gülüşünüzü estetik cəhətdən gözəlləşdirəcək.

Sizin çatlamış, ləkə düşmüş, deşilmiş və ya digər yollarla zədələnmiş dişləriniz varsa qapaqlar/vinirlər sizin dişlərinizdəki problemləri aradan qaldırmaq və bölüşməyi sevdiyiniz təbəssümünüzü geri qaytarmaq üçün əla yoldur.

Qapaq/vinirlər qoydurmaq istəyən pasiyentlərin nəzərinə çatdırırıq ki, proses çox sadədir. Əvvəlcə Dr. Əliyeva və Dr. Smiles Stomatoloji Butikinin komandası sizin dişlərinizin şəklini çəkəcək ki, laboratoriyaya göndərəndə dişlərinizə uyğun qapaq/vinirlər üzərində çalışa bilsinlər. Laboratoriya sizə məxsus qapağın hazırlanmasında bunlardan istifadə edəcək ki, hazırlama müddətini minimuma endirə bilsin. Bundan əlavə, laboratoriyada sizin dişlərinizin təbii rəngi nəzərə alınacaq və qapaqlar eynilə həmin cür hazırlanacaq.

Sizin dişlərinizi elə minimal düzəldəcəyik ki, qapaq/vinirlər yerləşdirildikdən sonra yanındakı dişlərdən böyük görsənməsin. Diş qapağınızi laboratoriyadan götürdükdən sonra onu yerinə çox güclü yapışqan maddə ilə yerləşdirəcəyik. Mükəmməl diş düzülüşünü əldə etmək ağzınıza tam uyğunlaşdırılacaq. Proses bitdikdən sonra parlaq təbəssümünüz olacaq. Araşdırmalar göstərir ki, dişlərinin görüntüsündən razı olan insanlar gülümsəməyi sevir və daha dostcanlı olurlar. Biz istəyirik ki, pasiyentlərimiz rahat və əminliklə gülümsəsinlər.

Dişlərində deşik, çat, qırıq, genişlik və ya ləkələr olan pasiyentlərimizə keramik qapaqlar/vinirlər məsləhət görürük. Bu tip problemi olan və həssas dişlərə və ya damağa sahib olan pasiyentlərimiz əgər yüngül müalicə üsulu axtarırsa onlara keramik qapaqları/vinirləri məsləhət görürük. Bununla onlar mükəmməl təbəssümə sahib olacaqlar. Əgər siz keramik qapaqlardan istifadə edərək təbəssümünüzü qüsursuzlaşdırmaq istəyirsinizsə və ya Dr. Smiles Stomatoloji Butikinin digər kosmetik xidmətləri haqda ətraflı məlumat əldə etmək istəyirsinizsə bizim kosmetik stomatoloji konsultasiyamıza müraciət edin. Sizə məlumat verməkdən böyük məmnunluq duyarıq.