+99450 378-97-20
HAQQIMIZDAPASİYENTLƏR ÜÇÜNXİDMƏTLƏRÜNVANQALEREYAƏLAQƏ
Xidmətlər
KosmetikİmplantlarDiş sağlamlığıPediatrikVinirlərBilirsinizmi?

Xidmətlər

Siz sağlam təbəssüm sahibi ola bilərsiniz ancaq bunun başqalarına necə göründüyündən əmin olmaya bilərsiniz. Kosmetik stomatologiya sizə hər zaman arzuladığınız görünüşə sahib olmaq imkanı yaradır.

Biz inanırıq ki, Dr. Smiles Stomatoloji Butiki sizə və sevdiklərinizə parlaq təbəssüm bəxş edəcək. Buna görə Dr. Lətafət Əliyeva və əməkdaşlarımız geniş çeşiddə stomatoloji xidmətlərlə qarşınızdadır — sadə profilaktik və ümumi stomatoloji xidmətlərdən yaralanmış və çürümüş dişlərlə bağlı mürəkkəb prosedurlara qədər. Bununla yanaşı, kosmetik prosedurlarımız sizin sağlam təbəssümünüzə əlavə cazibə qatacaq.

Problemin qarşısını alma ağız sağlamlığının əsasıdır, və komandamız əmindir ki, heç bir dişin diqqətdən kənarda qalmaması üçün yoxlama və təmizləmə kimi profilaktik stomatoloji xidmətlərdən daha yaxşı yol yoxdur. Əgər siz periodontal xəstəliyin və ya diş kökü kanalı probleminin erkən mərhələsində əziyyət çəkirsinizsə biz problemi dərhal tapıb sizə xoşbəxt təbəssümünüzü geri qaytaracaq düzgün müalicəni məsləhət görəcəyik. Biz həmçinin ailənizin kiçik üzvlərini düşünərək uşaqlar üçün stomatoloji xidmətlər təklif edirik.

Dişləriniz zədə və ya çürüyə görə sıradan çıxıb? Vaxt itirməyin — ağız sağlamlığı ilə bağlı problemlər müalicə edilmədikdə vaxt ötdükcə daha pis vəziyyətə düşür. Lakin stomatoloji bərpa xidmətlərimizə müraciət etməklə ən mürəkkəb problemlər,hətta dişlərin itirilməsi belə aradan qaldırıla bilər. Keramik və ya kompozit bərpa, stomatoloji implant, və ya körpüvari protezlər — biz əminik ki, sizin fərdi ehtiyaclarınıza və büdcənizə uyğun həll yolunu müəyyən edəcəyik.

Siz sağlam təbəssüm sahibi ola bilərsiniz ancaq bunun başqalarına necə göründüyündən əmin deyilsiniz. Kosmetik stomatologiya sizə hər zaman arzuladığınız görünüşə sahib olmaq imkanı yaradır. Zəif və solğun dişlər üçün dişlərin ağardılması və ya keramik vinir seçimləri əla olar. Əgər siz dişlərin əyriliyindən əziyyət çəkirsinizsə, İnvisalign, eCligner və adi ortodontiya breket və telləri bu problemi rahatlıqla aradan qaldıra bilər.

Layiq olduğunuz ağız sağlamlığı xidmətini əldə etmək üçün heç vaxt gec deyil. Əgər hər hansı bir sualınız varsa və ya Dr. Əliyevanın qəbuluna yazılmaq istəyirsinizsə elə indi Dr. Smiles Stomatoloji Butiki ilə əlaqə saxlayın.