+99450 378-97-20
HAQQIMIZDAPASİYENTLƏR ÜÇÜNXİDMƏTLƏRÜNVANQALEREYAƏLAQƏ
Bilirsinizmi?
KosmetikİmplantlarDiş sağlamlığıPediatrikVinirlərBilirsinizmi?

Bilirsinizmi?

Orta əsrlərdə Almaniya ərazisində çox geniş yayılmış bir inam vardı ki, guya uzunqulağı öpəndə diş ağrısı keçir.
Öyrənəndə sizə qəribə gələcək ki, ağız sağlamlığınıza ziyan verən nə yediyiniz deyil, necə yediyinizdir. Gün ərzində sərinləşdirici içkilər içərkən eyni zamanda şirniyyatlardan yemək dişlərinizə ziyan vura bilər. Şirniyyat xoşlayırsınızsa bunu bir oturumda yeyib bitirməyi tövsiyə edirik.
Ağız suyu diş sağlamlığının böyük bir hissəsidir — ağızda qalan yemək qırıntılarını yox edir və bakteriyaların sayını azaldır. Əgər yetəri qədər ağız suyu ifraz etmirsinizsə, yeməklər arasında şəkərsiz saqqız çeynəməklə bunu aradan qaldıra bilərsiniz.
1700-cü illərdə 3-cü azı dişini təsvir etmək üçün “müdrik dişlər” ifadəsi işlədilirdi. Bu dişlər o dövrdə yetkinlik yaşı olaraq qəbul edilən 17-21 yaşları arasında çıxırdı.
İnsanın ağzında 100 milyonlarla bakteriya olur. Bir çox insan bunu bilir ancaq bilmədikləri bir şey var ki, bakteriyalar da insanlar kimi canlı varlıqlardır və onlar qidalanır, həzm edir və ifraz edirlər. Sadəcə bu ifrazat isə insanın ağzında qalır.
Unutmayın ki, damaq, diş və ağız problemlərinizin vaxtında aşkarlanması və müalicəsi ağız sağlamlığınızın ömrünü uzada bilər.
Orta statistik bir insan gün ərzində 1 litrə yaxın, ömür boyu isə 40 000 litrədən artıq ağız suyu ifraz edir. Bununla 2 üzgüçülük hovuzu doldurmaq olar.
Diş sapı ehtiyacınız nə qədərdir? Təxminən 46 santimetr diş sapı qoparın. Diş sapını bir əlinizin orta barmağı ətrafında dolayın, qalanını isə digər əlinizin orta barmağına. Diş sapını baş barmağınızla digər barmaqlarınızın arasında tutun və dişlərinizin arasında sürüşdürün.
Kalsium və vitamin D qarışığını düzgün formada qəbul edin. Dişlər və sümüklər kalsiumdan əmələ gəlir buna görə də diş sağlamlığınızı qorumaq üçün qatıq, pendir və süd kimi məhsulların istifadəsi çox önəmlidir. Ancaq insan orqanizması sümüklərə dəstək verən kalsiumu özünə çəkmə barəsində həmişə yaxşı nəticə göstərmir. Bu vitamin D-nin orqanizmə daxil olmasıdır. Günəş şüalarını özünə çəkən orqanizm kalsiumun parçalanmasına kömək edir. Kalsium və vitamin D ideal qarışığını müəyyən etmək üçün diş həkiminizlə məsləhətləşin.
Diş fırçalamada 30 dəqiqə qaydasına əməl edin. Yeməkdən dərhal sonra bakteriyaların qida maddələrini parçalamasıyla birlikdə dişlərinizin üstündə yapışqan və turşulu örtük əmələ gəlir. Buna görə də yedikdən sonra dişlərinizi fırçalamaq üçün 30 dəqiqə gözləməlisiniz. Fırçaladıqdan sonra dişlərin mineralları özünə çəkməsi üçün müəyyən bir vaxt keçməlidir. Dişlərinizi fırçaladıqdan sonra 30 dəqiqə heç nə yeməyin və içməyin.
Səhər yataqdan qalxdıqdan sonra və gecə yatağa girməmişdən öncə dişlərinizi fırçalayın. Ağız suyu (kariyesi əmələ gətirən diş ərpinin qarşısını alan) yuxu vaxtı qoruyur, buna görə də yatmamışdan qabaq dişlərin fırçalanaraq ərplərdən təmizlənməsi lazımdır. Həmçinin hər səhər dişlərin fırçalanması gecə boyu ağızda əmələ gələn ərp və bakteriyaları aradan qaldırmaq və təravətli nəfəs baxımından çox önəmlidir.