+99450 378-97-20
HAQQIMIZDAPASİYENTLƏR ÜÇÜNXİDMƏTLƏRÜNVANQALEREYAƏLAQƏ
Pediatrik
KosmetikİmplantlarDiş sağlamlığıPediatrikVinirlərBilirsinizmi?

Pediatrik

Biz vaxtınıza qənaət edəsiniz və bir neçə yerə getməyəsiniz deyə sizi ailəvi olaraq qəbul etməkdən böyük məmnunluq duyarıq. Öz balaca pasiyentlərimizlə ilk görüşü 3 yaş aralığında tövsiyə edirik ancaq hər hansı bir sualınız, narahatçılığınız və ya probleminiz varsa daha əvvəl də bizə müraciət edə bilərsiniz.

Övladınızın stomatoloqla ilk görüşü

3 yaş aralığındakı uşaqların dişlərində kifayət qədər inkişaf olur. Bu dövr onlarda koqnitiv inkişaf dövrüdür və müalicə zamanı stomatoloji ofisin müəyyən yerləri və səsləri onları daha az qorxuda bilər. Onların bura ilk gəlişinə ofislə tanışlıq turu, stomatoloji müayinə və dişlərin peşəkar təmizlənməsi daxildir. Övladınızın dişlərinin inkişafından asılı olaraq yəqin ki, dişlərini rentgen edəcəyik. Sizinlə görüş zamanı komandamız sizin və ya övladınızın hər hansı bir sualına cavab verməkdən böyük məmnunluq duyacaq və sizin üçün evdəki qədər rahat aura yaradacaq.

Stomatoloji silantlar

Əgər övladınızın dişində bir qədər ərp və diş daşları varsa və ya çürük əlamətləri varsa biz stomatoloji silantlar məsləhət görürük. Bu nazik plastik silantlat övladınızın dişləri ilə çürüməyə səbəb olan bakteriyalar arasında qoruyucu təbəqəni təmin edəcək.

Atletik ağız qoruyucusu (kappa)

Əgər sizin övladınız idmanla məşğuldursa yəqin ki, idman malları dükanından atletik ağız qoruyucusu (kappa) almısınız. Lakin sizin övladınız onu ya kaskasından asır ya da şkafında gizlədir. Bəzi uşaqlar qoruyucu idman geyimlərini narahatlıq kimi qəbul edirlər və onları taxmırlar. Dr. Smiles Stomatoloji Butikində biz sizə özəl hazırlanmış qoruyucu idman kappalari təklif edirik. Bu ağız qoruyucuları sizin övladınızın ağzına tam oturacaq və heç bir narahatlıq yaratmayacaq. Bu halda övladınız onu davamlı olaraq taxacaq.

Təcili stomatoloji yardım

Heç kimə sirr deyil ki, uşaqlar qəzaya meyillidir. Bunu nəzərə alan Dr. Smiles stomatoloji komandası təcili yardım xidmətləri ilə qarşınızdadır. Əgər sizin və ya uşağınızın təcili stomatoloji yardıma ehtiyacı olarsa bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Təcili yardıma ehtiyacı olan pasiyentləri elə həmin gün qəbul etməyə çalışırıq və siz ofisə gəlib çatana qədər atmalı olduğunuz addımları sizə çatdırırıq.

Ortodontiya

Biz sizi tam ortodontik müayinə və müalicə planlaşdırması ilə təmin edə bilərik. İlk etapda övladınızın ağzındakı problemləri aradan qaldırmaq üçün çıxarıla bilən cihaz məsləhət görürük. Daha sonra isə breketlərdən istifadə oluna bilər.