+99450 378-97-20
HAQQIMIZDAPASİYENTLƏR ÜÇÜNXİDMƏTLƏRÜNVANQALEREYAƏLAQƏ
Haqqımızda

Haqqımızda

Dr. Əliyeva bakalavr təhsilini Oaçita Baptist Universitetində (Arkansas, A.B. S.), D.D.S. (stomatoloji cərrahiyyə üzrə doktor) dərəcəsini isə Nyu-York Universiteti Stomatologiya Fakultesinde almışdır.

Dr. Əliyeva öz stomatoloji bacarıqlarını dövrün yeniliklərinə uyğunlaşdırmaq üçün hər il stomatoloji təhsilin davamı dərslərinə qatılır. O, mükəmməl xidmətlə yanaşı, pasiyentlərin şəxsi ehtiyaclarını nəzərə alır və hər bir pasiyentə ayrı-ayrılıqda diqqət yetirir. Dr. Əliyeva ailəlidir, iki övladı var. İstirahət vaxtında səyahət etməyi və kitab oxumağı sevir.

Biz inanırıq ki, Dr. Smiles sizə və sevdiklərinizə parlaq təbəssüm bəxş edəcək. Buna görə Dr. Əliyeva və əməkdaşlarımız geniş çeşiddə stomatoloji xidmətlərlə qarşınızdadır — sadə profilaktik və ümumi stomatoloji xidmətlərdən yaralanmış və çürümüş dişlərlə bağlı mürəkkəb prosedurlara qədər. Bununla yanaşı, kosmetik prosedurlarımız sizin sağlam təbəssümünüzə əlavə cazibə qatacaq. Bakıdan və digər bölgələrdən olan pasiyentlər bizim xidmətlərdən yararlana bilərlər.

Bizim komandamızın əsas məqsədi pasiyentlərimizi fərdi yanaşma xidmətlərlə təmin etməkdir. Biz çalışırıq ki, hər bir pasiyent Dr. Smiles Stomatoloji Butikinə gələndə özünü tam rahat hiss etsin.

Biz hər bir pasiyentin ağız və diş sağlamlığına elə yanaşırıq ki, sanki özümüzü müalicə edirik. Pasiyentlərimiz qəbula yazıldığı andan etibarən onların hər birinin narahatçılıq və suallarını, fikirlərini və seçdikləri istiqaməti götür-qoy edirik. Biz birlikdə nəticə çıxarırıq və görüləcək işləri müəyyən edirik.

Biz stomatoloji profilaktikaya inanırıq, çünki hesab edirik ki, problemin qarşısını alma stomatoloji xəstəliyə və ağız sağlamlığına nəzarət etməyin ən yaxşı yoludur. Biz pasiyentlərimizi müntəzəm olaraq təmizləmə və yoxlamalara gəlməyə çağırırıq. Bu halda hər hansı bir problem daha erkən aşkarlanacaq və müalicəsi daha yüngül yollarla həyata keçiriləcək. Həmçinin stomatologiya sahəsində ən yeni olan texnologiyanın üstünlüklərindən yararlanırıq. Biz minimum şüalanma ilə dəqiq diaqnoz və müalicəni təyin edən rəqəmsal rentgendən istifadə edirik.

Sizin təbəssümünüz bizi sevindirir!